ANS-də yayımlanan “Maşın” realiti-şousunda nəhayət final mərhələsi gəlib çatdı.
Oxu.Az xəbər verir ki, əməkdar artist Murad Dadaşovun layihə rəhbəri və aparıcısı olduğu “Maşın” realiti-şousunda bu gündən etibarən iştirakçılar daimi maşının ətrafında dayanmalıdırlar.
“Buradan ancaq meyitim çıxa bilər” deyən Xatirə, sadəcə maşın haqqında düşündüyünü deyir:
“Övladımı o qədər çox sevirəm ki, bunu sözlərlə ifadə etmək çətindir. Ancaq indi məqsədim barəsində düşünürəm”.
Hazırda şouda iştirakını davam etdirənlər müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlıdır.
Aytən Sadıqzadə
www.oxu.az