Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Slovakiyalı velosipedçilər Parisdə qarət olunublar
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarına qatılan slovakiyalı velosipedçilər qarət olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə fransalı idman jurnalisti Amori Brele özünün sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, hadisə Paris yaxınlığındakı Olimpiya kəndində baş verib.
Belə ki, naməlum şəxslər slovakiyalı idmançılara məxsus olan 10 ədəd velosiped təkərini, ehtiyat hissələrini və dəyişdirici açarları oğurlayıblar.
Dəymiş ziyanın məbləği 2.3 min avro olaraq qiymətləndirilir. Artıq hadisə ilə əlaqədar komandanın baş məşqçisi polisə şikayət edib.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki
- Azərbaycanlı taekvondoçu dünya reytinqindəki yerini qorudu
- Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
Ən çox oxunanlar