Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Smartfonları şarj etmək üçün xüsusi papaq təqdim olundu
"EcoFlow" şirkəti qeyri-adi "PowerHat" aksesuarının istehsalı üçün vəsait toplamaq məqsədilə kraudfandinq kampaniyasına başlayıb.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, "PowerHat" qadcetləri şarj etmək üçün günəş panellərinə malik papaqdır.
Günəş panelləri və iki USB portu ilə təchiz edilmiş bu suya davamlı baş geyimi eyni vaxtda iki cihazı doldura bilir. Onun vasitəsilə 4 000 mAh batareyanı üç-dörd saat ərzində tam doldurmaq mümkündür. Doldurma sürəti birbaşa günəş işığının intensivliyindən asılıdır.
Papağın müxtəlif ölçüləri mövcuddur: Orta və böyük (56-58 santimetr) və ultra böyük (59-61 santimetr). Hər bir modelin çəkisi təxminən 370 qramdır.
Avqustun 31-dək davam edəcək ilkin sifariş mərhələsində papağı 79 dollara almaq olar. Bu tarixdən sonra isə onun qiyməti 129 dollara yüksələcək.
"Smartfon" teqi üzrə xəbərlər
- "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin
- Smartfon öz sahibinin çılpaq videosunu onun yaxınlarına göndərdi
- Smartfonlar erasının sonu gəlir: Zukerberq yaxın 10 ildə onların nə ilə əvəz olunacağını açıqladı
- Rusiyada alıcının əlində Çin istehsalı olan smartfon partladı
- Smartfonlar "şəffaf", daha səmərəli və daha sürətli olacaq