Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Smartfonu dəyişmək üçün ən optimal müddət
Smartfonun istifadəsi və onu yenisi ilə əvəz etmək üçün optimal müddət üç-dörd il təşkil edir.
Oxu.Az "Gazeta"ya istinadən xəbər verir ki, bu tövsiyə ilə telekommunikasiya sahəsində ekspert Yekaterina İksanova çıxış edib.
O vurğulayıb ki, maksimum dörd ilə qədər smartfon ona xərclənən pulun dəyərini doğruldur və istifadəçi alışdan maksimum fayda əldə edir:
"Lakin tövsiyə edilən müddətdən sonra batareyanın fəaliyyəti nəzərəçarpacaq qədər zəifləyir və smartfonun texniki xüsusiyyətləri köhnəlməyə başlayır"
Mütəxəssis, həmçinin qulaqlıqların istifadə müddəti haqqında da tövsiyə verib: "Maliyyə imkanınızı nəzərə alaraq qulaqlıqların dəyişdirilməsi üçün optimal müddət təxminən iki-dörd il təşkil edir".
"Smartfon" teqi üzrə xəbərlər
- Avstriya məktəblərdə mobil telefonlara qadağa qoydu
- Çinli məktəbli 3D printerlə qatlanan telefon hazırlayıb
- "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin
- Smartfon öz sahibinin çılpaq videosunu onun yaxınlarına göndərdi
- Smartfonlar erasının sonu gəlir: Zukerberq yaxın 10 ildə onların nə ilə əvəz olunacağını açıqladı