Somali höküməti Tehranda Səudiyyə Ərəbistanın səfirliyinin dağıdılmasına görə İranla bütün diplomatik əlaqələrini dayandırıb, Oxu.Az Associated Press-ə istinadən xəbər verir.
Somali XİN İrandan öz səfirini geri çağırıb və iranlı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib.
Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı, Qətər, Sudan, Küveyt və Bəhreyn kimi ölkələr də İranla bütün diplomatik əlaqələri kəsib.