2015-ci ilin dekabr ayı ərzində 2 milyon 739 min 625 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 2% çoxdur. (Bu həcmin 1 milyon 848 min 765 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib).
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
“Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 milyon 079 min 649 ton təşkil edib. Bu isə 2014-cü illə müqayisədə 0,16% azdır.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il yanvar ayının 1-ə qədər Ceyhan limanından 291 milyon 018 min 739 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb”, - deyə şirkətdən qeyd edilib.
Bundan başqa, şirkətdən bildirilib ki, ötən ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 461 min 645 ton Azərbaycan nefti nəql olunub. Bu isə 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 0,05% azdır.
“Ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 milyon 835 min 543 ton neft ötürülüb. Bu isə 2014-cü illə müqayisədə 1,1% çoxdur.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il yanvar ayının 1-ə qədər BTC-yə 292 milyon 675 min 389 ton neft vurulub.
Bundan başqa, 2015-ci ilin dekabr ayında BTC kəməri ilə 316 min 340 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Bu isə bir əvvəlki illə müqayisədə 51% azdır.
Ümumiyyətlə, 2015-ci il ərzində BTC kəməri ilə nəql olunmuş Qazaxıstan və Türkmənistan neftinin həcmi 23 milyon 683 min 545 ton təşkil edib”, - deyə SOCAR-dan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az