Rusiya vətəndaşları Belarus, Çin, Qazaxıstan, Suriya, Hindistan, Ermənistan, Kuba, Özbəkistan, Tacikistan və Azərbaycanı dost ölkələr hesab edirlər.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, “Levada Mərkəz”in keçirdiyi sorğunun nəticələri bunu göstərir
Rusiyalılar ABŞ, Ukrayna və Almaniyanı ölkənin ən böyük düşməni hesab edirlər.
Rusiyalılar həmçinin Latviya, Litva, Polşa, Estoniya, Böyük Britaniya, Gürcüstan və Fransanı da qeyri-dost ölkə hesab edirlər.
Bununla yanaşı, sorğuda iştirak edənlərin 21%-i Moskva və Vaşinqtonun münasibətlərinin yaxşılığa doğru, 17%-i isə pisliyə doğru dəyişdiyinə əmindirlər.
S.S.
www.oxu.az