Starbucks şirkəti müştərilərindən ənənəvi erməni kostyumu geyinmiş qadınların və onların başı üzərində Türkiyə bayrağının aypara və ulduzu olduğu plakata görə üzr istəyib.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kaliforniyada Starbucks müştəriləri bu günlərdə səhər içkilər sifariş edərkən bu plakatları görüb şoka düşüblər.
Starbucks artıq təhqiramiz plakatları yığışdırmağa başlayıb.
“Biz səhv etmişik və müştərilərimizi və ictimaiyyəti məyus etdiyimizə görə üzr istəyirik”, - şirkət nümayəndəsi deyib.
O, əlavə edib ki, şirkət digər kafelərdə bu plakatın olub-olmaması ilə bağlı yoxlama aparır.
Lakin şirkət bu plakataları hansı səbədən yerləşdirdiyi ilə bağlı sualı şərh etməyib.
