İsveçin paytaxtı Stokholmda törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “Expressen” qəzeti bildirib.
Məlumata görə, terror hadisəsi ilə bağlı Stokholmun Yulsta şəhərətrafı qəsəbəsində bir kişi saxlanılıb.
Bundan əvvəl bir nəfərin, İsveçdə yaşayan 39 yaşlı Özbəkistan vətəndaşının saxlanıldığı bildirilirdi.
Yük maşınını insanların üzərinə sürən şəxs isə hələ ki, tapılmayıb. Xatırladaq ki, Stokholmun mərkəzində törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
07 aprel, 23:08
Bu gün Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə İsveçin SVT kanalı məlumat verib.
“İlkin məlumata görə, Stokholmda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb”, deyə İsveç paytaxtı polisinin nümayəndəsi Lars Bistryom bildirib.
Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb.
21:20
İsveç polisi Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, onun artıq axtarışa verildiyi bildirilir.
Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının hücum barədə məlumatları olmayıb.
Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.
S.B.
www.oxu.az