Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Stoltenberq Norveçin maliyyə naziri təyin edilib
NATO-nun sabiq rəhbəri Yens Stoltenberq Norveçin maliyyə naziri təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb.
Qeyd olunub ki, onun təyinatını Norveç hökuməti təsdiq edib.
Məlumat üçün qeyd edək ki, Yens Stoltenberq 1990-cı ildə Norveçin Ətraf Mühit Nazirliyinin dövlət katibi vəzifəsini tutub. 2000-ci ildə o, Norveç tarixində ən gənc baş nazir olub (41 yaş). 2014-cü ildə NATO-nun baş katibi seçilib. Ötən il oktyabrın 1-də postunu tərk edib. Onu bu vəzifədə Niderlandın keçmiş baş naziri Mark Rutte əvəzləyib.
"Yens Stoltenberq" teqi üzrə xəbərlər
- Siyasət xəritəsi: Dünya 2024-cü ili hansı hadisələrlə xatırlayacaq?
- NATO-nun keçmiş baş katibi "Bilderberq klubu"na rəhbərlik edəcək
- Stoltenberq NATO-nun Əfqanıstan xalqını aldatdığını etiraf edib
- Azərbaycan NATO-nun keçmiş baş katibinə təşəkkür edib
- Baş nazirlikdən baş katibliyə: Rütte Stoltenberqin 10 illik müddətindən sonra NATO-ya rəhbər oldu
Ən çox oxunanlar
Rəylər