Rusiya NATO-nun genişləndirilmsəi ilə “razılaşmalıdır”, bunu alyansın baş katibi Yens Stoltenberq Oksford universitetində çıxış edərkən bidlrib, Oxu.Az xəbər verir.
“NATO-nun fəaliyyəti müdafiə və prorporsional xarakter daşıyır, biz yeni soyuq müharibə istəmirik, Rusiya ilə konfrontasiya axtarmırıq”, - o, bildirib.
NATO-nun Şərqi Avropada gücləndirilməsini baş katib “müharibənin başlanmasından” Rusiyanın “güclü şəkildə qarşısının alınması” siyasəti ilə izah edib. Bununla yanaşı o, qeyd edib ki, alyans Moskva ilə siyasi dialoq üçün imkanı açıq saxlayır.
Jurnalistlərin suallarına cavab verərkən Stoltenberq Rusiyaya NATO-nun genişləndirilməsi ilə “razılaşmasını” məsləhət görüb.
“Mən Rusiyanın nəyə görə Mərkəzi və Şərqi Avropada yeni müttəfiqlərinin meydana gəlməsi hesabına NATO-nun genişlənməsini təxribat saydığını anlamıram”, - baş katib bəyan edib.
Onun sözlərinə görə, alyans şərqə doğru genişlənməyib, “Polşa, Estoniya, Litva, Latviya, Macarıstan alyansa daxil olmaq üçün müraciət ediblər”.
“Rusiya təmkinli olmalı və qonşularının gedəcəyi yolu özlərinin müəyyən etdiyini qəbul etməlidir”, - Stoltenberq əlavə edib.
N.O.
www.oxu.az