NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə paylaşım edib.
O, qardaş ölkəni NATO-nun mühüm müttəfiqi adlandırıb.
“Prezident Ərdoğanla görüşmək xoşdur. Türkiyə NATO-nun mühüm müttəfiqidir. Biz birmənalı şəkildə Rusiyanın Ukraynaya təcavüzünü pisləyirik. Türkiyənin vasitəçilik səylərini təqdir edirəm”, - deyə alyansın rəhbəri bildirib.
Good to meet with President @RTErdogan. Turkey is an important #NATO Ally, and we unequivocally condemn #Russia’s invasion of #Ukraine. I commend #Turkey’s efforts at mediation. pic.twitter.com/KK1eV8E57X
— Jens Stoltenberg (@jensstoltenberg) March 11, 2022