İŞİD terror qruplaşmasının ötən il iyulun 31-də qaçırdığı yardım fəali italyan iki gənc qızın videosu yayılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, xeyriyyə təşkilatının üzvləri Qretta Ramelli (Greta Ramelli) və Vanesa Marzullo (Vanessa Marzullo) 2014-cü ilin iyun ayında Suriyada qaçırılıblar.
Məlumata görə, qızlar İtaliya hakimiyyətinə müraciət edərək kömək istəyiblər:
“Biz böyük təhlükədəyik. Bizi hər an öldürə bilərlər. Xahiş edirik bizi Milad bayramına qədər xilas edin”.
Qeyd olunur ki, sözügedən videonu 17 dekabr 2014-cü ildə ərəb jurnalist çəkib.