Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 9 milyon ton olub. Yüklərin 56,2 faizini neft, 43,8 faizini isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, dəniz limanlarında 10,9 milyon ton yükləmə-boşaltma işləri görülüb. İşlənmiş yüklərin 86,5 faizini beynəlxalq tranzit yüklər təşkil edib.