Ən optimist proqnozları da nəzərə alsaq, Suriya münaqişəsi hələ 20-30 il də davam edəcək - Rusiya və Türkiyə isə Yaxın Şərqdə stabilliyi saxlamaq üçün bir-biri ilə əməkdaşlıq etməli olacaqlar.
Bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı politoloq Denis Korkodinov deyib.

Onun sözlərinə görə, bununla bağlı Ankara ilə əlaqələr çərçivəsində Rusiya əsas diqqətini bu problemə yönəldib - Ankaranı daha güclü hərbi-siyasi və strateji edən zaman suriyalı tərəfdaşlara risk yaratmamaq üçün nə etmək lazımdır?
“Eyni zamanda Türkiyənin əsas baş ağrısı ABŞ və digər tərəfdaşlarını təhrik etməməklə Rusiyaya göstərilən etimad limitindən necə istifadə etmək olar? İnkişaf edən Rusiya - Türkiyə münasibətləri təkcə Yaxın Şərqlə məhdudlaşdırılmasa və Qərbi Avropa ölkələrinə də yayılsaydı, daha möhkəm olardı”, - Korkodinov bildirib.
Müsahibimizin fikrincə, Moskva və Ankaranın maraq dairəsi Avropa siyasətçilərinin bir çoxları üçün sərt çərçivənin yaradılmasına səbəb olardı, bu da öz növbəsində Rusiya kimi Türkiyəyə qarşı da beynəlxalq sanksiyaların yumşaldılmasında əsas rol oynayacaqdı.
“Bundan əlavə, Rusiya-Türkiyə ittifaqının genişləndirilməsi Avropadakı hakimiyyət balansını bir qədər tənzimləyəcək. Nə Vladimir Putin, nə də Rəcəb Tayyib Ərdoğan beynəlxalq arenada əsas rəqiblərinin Vaşinqtonun olduğunu fikirdən çıxarmağa dəyməz.
Və bu şəraitdə anlamaq lazımdır ki, Rusiya və Türkiyə tamamilə unikal bir prosesdə geosiyasi əlaqələri dəyişdirən strateji müttəfiqlərdir”, - ekspert əlavə edib.

Korkodinovun fikrincə, Türkiyə həqiqətən də Yaxın Şərqə və bütövlükdə müsəlman dünyasına konstruktiv təsir göstərir.
“Mənzərəyə baxmayaraq, Ankara Yaxın Şərqdə regional təhlükəsizliyin təmin olunmasında uğrunda çıxış edir. Türkiyə öz sülhməramlı rolunu yerinə yetirməsəydi, Yaxın Şərqdə sabitlik mümkün olmazdı.
Türkiyənin narahatlığı regiondakı təhlükəsizlik problemləri ilə bağlıdır. Əgər Moskva Ankara ilə ciddi, uzunmüddətli münasibətlər istəyirsə, onda elə addımlar atmalıdır ki, Türkiyənin regiondakı liderliyinə toxunmasın”, - müsahibimiz əlavə edib.
Ekspert hesab edir ki, Rusiyanın bu vəziyyətdə işi bir az fərqlidir:
“Yaxın Şərqdə onun siyasətinin uğuru indiyədək əksər nümayəndələrdə şübhə doğurmur. Ancaq Rusiya Yaxın Şərqdəki planlarını yerinə yetirərkən yenə də ehtiyatlı olmalıdır ki, beynəlxalq ictimaiyyət tərəfindən cavab reaksiyalarını minimuma endirsin”.
“Eyni zamanda, Moskva başa düşür ki, Yaxın Şərqdə təhlükəsizliyi yalnız rus silahları ilə təmin etmək mümkün deyil. Daxili problemlər çoxdur və nəhəng dövlətlərin təzyiqləri artır. Yaxın Şərqin təkcə Moskva tərəfindən nəzarətdə saxlanılması utopiyadır. Buna görə Türkiyə Rusiya üçün vacibdir”, - Korkodinov bildirib.
Ə.Ş.
www.oxu.az
Oxu.Az yeniləndi!