Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Suriya müxalifəti: "Ölkədə keçid hökuməti qurulub"
Suriya paytaxtını ələ keçirən müxalifət qüvvələri ölkədə keçid hökumətinin qurulduğunu bəyan ediblər.
Oxu.Az xəbər verir ki, müvafiq kadrları Suriya televiziyası yayıb.
"Biz Suriya xalqından bu tarixi mərhələdə birləşməyi və bir yerdə olmağı xahiş edir, yeni Suriyanın heç kimin inhisarında olmadığını, hamı üçün Vətən olacağını vurğulayırıq", - deyə videomüraciətdə bildirlib.
Suriyada müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" və "Reuters" məlumat yayıb.
Məlumata görə, Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.
Bildirilir ki, Suriya Prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.
Rəylər