Suriya ordusu ölkənin şimalındakı Raqqa bölgəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) ələ keçirdiyi iki neft yatağını nəzarət altına alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı Suriya keçid hökumətinin silahlı qüvvələrinin əməliyyat komandanlığına istinadən məlumat yayıb.
Xəbərə görə, söhbət Tabka şəhəri yaxınlığında yerləşən Safyan və Es-Savra yataqlarından gedir.
Bildirilib ki, bu gün səhər saatlarında Suriya ordusu SDQ qüvvələrini məğlub edərək Hələbin şərqindəki Deyr-Hafer şəhəri üzərində nəzarəti ələ keçirdikdən sonra Rakka əyalətində mövqe tutublar.
Hökumət qüvvələri Fərat çayının qərb sahilindəki Debsi-Afnan yaşayış məntəqəsini ələ keçirdikdən sonra isə Tabqa şəhərinə doğru irəliləyiblər.