ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən Həsəkədəki hərbi bazasına hücum edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İranın "Mehr" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentlik ABŞ bazasına kimin atəş açdığı ilə bağlı dəqiq məlumat verməyib.
Ərəbdilli "Al Maalomah" xəbər xidmətinin mənbələrinə görə, hadisə iyunun 23-də səhər saatlarında baş verib, obyektə minaatan mərmisindən atəş açılıb. Xidmətin həmsöhbətləri mərminin kim tərəfindən və haradan buraxıldığı ilə bağlı informasiyaya malik deyillər.
İddia olunur ki, atışmadan sonra bazada yerləşdirilən ABŞ kontingenti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, bir neçə ABŞ helikopteri havaya qaldırılıb, ABŞ hərbçiləri isə obyektin ətrafındakı ərazidə axtarış aparıblar.