Rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədov Azərbaycana təşəkkür edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, öz "Instagram" səhifəsində paylaşım edib.
"Azərbaycan, çox sağ olun. Bu bir neçə gün heyrətamiz idi", - deyə o bildirib.
Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionları Həbib Nurməhəmmədov və İslam Mahaçev Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi UFC turniri ilə bağlı ölkəmizə səfər ediblər.