ABŞ təsdib edib ki, iki il bundan öncə oğurlanmış amerikalı jurnalist Piter Teo Kertis Suriyada azadlığa buraxılıb və BMT nümayəndələrinə verilib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, amerikalı dövlət katibi Con Kerri bildirib ki, ABŞ amerikalı vətəndaşların girovdan azad olması üçün “istər diplomatiya, kəşfiyyat və ya hərqbi qüvvə”dən istifadə edir.
Məlumata görə Kertis 2012-ci ildə Suriyanın sərhəddini keçməyə hazırlaşarkən Türkiyədə oğurlanıb.
Bir neçə gün öncə “İslam Dövləti” yaraqlıları 2012-ci ildə girov götürülmüş Ceyms Foulinin başını kəsiblər.