Azad Suriya Ordusu Cerablusda 10 kəndi terrorçulardan azad edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığının açıqlamasında bildirilir.
Məlumata görə, Türkiyə ordusu İŞİD terror qruplaşmasının mövqelərinə 20 zərbə endirib, ümümilikdə Suriyanın şimalında 400 kv. kilometr ərazi terrorçulardan təmizlənib.
Eyni zamanda Türkiyə Hərbi-Hava Qüvvələrinin təyyarələri Şimali İraqda PKK terror təşkilatının obyektlərinə hava zərbələri endirib.
Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri koalisiya təyyarələrinin dəstəyi ilə Suriyada “Fərat Qalxanı” adı altında əməliyyatlara başlayıb.