Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Suriyadakı ABŞ bazası raket hücumuna məruz qalıb
Suriyadakı ABŞ Silahlı Qüvvələrinin Xarab əl-Cir bazası raket hücumuna məruz qalıb.
Oxu.Az bu barədə "Al Mayadeen" telekanalına istinadən xəbər verir.
Kanal bu hücuma görə hansı tərəfin məsuliyyət daşıdığı barədə məlumatının olmadığını bildirir. Hadisə ilə bağlı digər detallar açıqlanmır.
Kürd birləşmələri Qərb koalisiyasının dəstəyi ilə hazırda Suriyanın Hasake və Raqqa əyalətlərinin böyük hissəsinə, həmçinin Deyr əz-Zor əyalətinin şimal-şərq rayonlarına nəzarət edir. 2015-ci ildən bəri ABŞ bu regionda "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün 12 hərbi baza yaradıb.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də evsizlərlə mübarizədə qəribə təklif
- Pentaqon rəhbəri Yəmənə zərbə məlumatlarını arvadına göndərib?
- ABŞ-nin ticarət müharibəsində qalib: "Coca-Cola", yoxsa "Pepsi"?
- Tramp: "Bir çox dünya liderləri rüsumları azaltmağı xahiş edirlər"
- Tramp Rusiya və Ukraynanın saziş imzalaya biləcəkləri tarixi açıqladı
Ən çox oxunanlar