Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aralarında suriyalı, somalı, ermənilərin olduğu uşaqları Prezident Sarayında qəbul edib.
Oxu.Az İnterAz-a istinadən xəbər verir ki, uşaqlar ilə bir-bir maraqlanan Ərdoğana BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Guterres də yoldaşlıq edib. Suriyanın Həma əyalətindən gələn balaca qız əvvəlcə Ərdoğanın əlindən, sonra yanaqlarından və sonunda alnından öpərək ətrafdakıların gülüşünə səbəb olub.
Məlum olub ki, həmin 10 yaşlı Rua Əlyusif anasını gözləri qarşısında, Dəməşqdə həyata keçirilən hava hücumları nəticəsində itirib.
E.Ə.
www.oxu.az