Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Suriyanın keçid hökumətinin nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər edəcək
Suriya keçid hökumətinin nümayəndə heyəti yanvarın 15-də Türkiyəyə ilk rəsmi səfərini edəcək.
Oxu.Az-ın xəbərinə görə, Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şeybani bu məlumatı təsdiqləyib.
O, bununla bağlı "X" hesabında paylaşım edib.
"Sabah (yanvarın 15-də - red.) biz 14 ildir Suriya xalqını tərk etməyən Türkiyə Respublikasına edəcəyimiz ilk rəsmi səfərdə yeni Suriyanı təmsil edəcəyik", - deyə Əsəd Həsən əl-Şeybani bildirib.
Suriyada 61 illik Baas rejiminin sona çatması və Bəşər Əsədin ölkədən getməsi ilə yeni dövr başlayıb və digər ölkələrlə diplomatik əlaqələri bu yeni dövrdə sürət qazanıb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalının Dəməşqə səfəri ilə başlayan və daha sonra Türkiyənin Dəməşq Baş Konsulluğunun yenidən açılması ilə davam edən hadisələr fonunda Suriyadan ilk addım gəlib.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, Suriyanın yeni rəhbərliyində yer alan xarici işlər naziri Əsəd Həsən əş-Şeybani, müdafiə naziri Mirhaf Əbu Kisra və kəşfiyyat xidmətinin direktoru Enes Hattabın yanvarın 15-də Türkiyəyə rəsmi səfər etmələri gözlənilir. Bu səfər iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.
Danışıqlar zamanı Suriyanın şimalındakı terror təhlükəsinin gündəmdəki ən vacib mövzulardan olacağı qeyd edilir.
Bildirilir ki, Türkiyə PKK-YPG terror təşkilatına qarşı əməliyyatdan əvvəl Dəməşqin hökumət rəsmiləri ilə böyük əməliyyatın təfərrüatını müzakirə edəcək.
"Suriya" teqi üzrə xəbərlər
- Aİ Suriyaya qarşı sanksiyaları dayandırdı
- Aİ Suriyaya qarşı bəzi sanksiyaları dayandıracaq
- Suriyada "Hizbullah"a silah satan qruplaşmanın üzvləri SAXLANILDILAR
- Suriyada səfirliyimizin fəaliyyətə başlaması əlaqələrimizi yeni mərhələyə qaldıracaq
- Tramp Suriyada "Əl-Qaidə" başçılarından birinin məhv edildiyini açıqlayıb