Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada qorxunc hadisə: Pələng insanı parçaladı
Rusiyanın Primorye diyarının Dalnereçenski rayonunda Amur pələngi kişiyə hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kommersant" nəşri məlumat verib.
Məlumata görə, kişi ölüb. Ölən şəxs gecə saatlarında Zimniki kəndi yaxınlığında balıq tuturmuş.
"Yanvarın 14-də səhər saatlarında ovçuluq müfəttişliyinə Zimniki kəndi ərazisində, Dalnereçenski bələdiyyə dairəsində pələngin insana hücum etməsi barədə xəbər daxil olub. Ovçuluq müfəttişliyi və polis əməkdaşları dərhal hadisə yerinə gediblər. Təəssüf ki, məlumat təsdiqlənib və hadisə yerində insan cəsədi və pələng izləri tapılıb", - deyə regionun meşə təsərrüfatı, ətraf mühitin, təbiətin və təbii sərvətlərin mühafizəsi nazirinin müavini Filipp Şutov bildirib.
Hazırda heyvanın aqressiv davranışının səbəbləri müəyyənləşdirilir.
"Rusiya" teqi üzrə xəbərlər
- Donetskdə qeyri-adi hadisə: Bayquş Rusiyanın pilotsuz təyyarəsini vurdu
- Estoniya XİN rəsmisinin Rusiyaya girişi qadağan edildi
- Rusiya Donetskdə yaşayış məntəqələrindən birini nəzarətə götürdü
- İstanbul-Kazan səhər reysləri müvəqqəti olaraq dayandırılır
- Rusiya Silahlı Qüvvələri Donbasın ən böyük yaşayış məntəqəsini nəzarətə götürdülər
Rəylər