Yeni Cənubi Uelsdən olan avstraliyalı əkiz uşaqlarına qarşı dözülməz davranışına görə məhkəmə qarşısına çıxıb. Qeyd edək ki, uşaqlar Taylanda surroqat ana tərəfindən dünyaya gəlib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, müstəntiqlər müttəhimin daha öncə uşaq pornoqrafiyası saxladığına görə ittiham edildiyini bildiriblər. Göz altına alınan şəxs günahını təkzib edir.
Avqust ayında qərbi Avstraliyanın Perta şəhərindən olan cütlük, surroqat ananın Daun sindromlu uşaqları bilərəkdən atmaları səbəbindən ittihama görə qalmaqalla üzləşiblər.
Banqkoq xaricilər üçün surroqat anaların xidmətlərinin məhdudlaşdırılmasını nəzərdən keçirir.