Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tacikistanda zəlzələ oldu
Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Oxu. Az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 17:09-da (Bakı vaxtı ilə 16:09) qeydə alınıb, mənbə 200 km dərinlikdə olub.
Mərkəzin açıqladığı koordinatlara əsasən, zəlzələnin episentri rayonun inzibati mərkəzi, 30 minə yaxın insanın yaşadığı Xoroq şəhərindən təxminən 40 km aralıda dağlarda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
"Tacikistan" teqi üzrə xəbərlər
- Tacikistanın keçmiş xarici işlər nazirinə həbs cəzası verildi
- Tacikistanda dövlət çevrilişi etmək istəyənlərə ağır cəzalar verildi
- Tacikistanda həbsdən QAÇIŞ PLANI: Odlu silah işə salındı
- Pezeşkianın Tacikistan və Rusiya səfərləri: İranın siyasi aktivliyinin nümayişi
- Emoməli Rəhmon Tacikistanın hakim partiyasının lideri seçildi
Ən çox oxunanlar