Azərbaycan millisinin dünən Tacikistanla keçirilən yoldaşlıq görüşündə zədələnən futbolçularının son durumu açıqlanıb.
Bu barədə AFFA-nın Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab verilib.
Bildirilib ki, qarşılaşmada zədələnən Abdulla Xaybullayev və Mahir Emrelinin zədələri ciddi deyil.
"Abdulla Xaybullayev artıq oynamağa hazırdır. Mahirin də zədəsi ciddi deyil. Onun Litva ilə oyunda iştirak edib-etməyəcəyinə isə oyun günü baş məşqçi qərar verəcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, "Palm Sport Arena"da keçirilən görüşdə Azərbaycan millisi Tacikistan üzərində 1:0 hesablı qələbə qazanıb.
Millimiz sentyabrın 27-də UEFA Millətlər Liqasında səfərdə Litva komandasının qonağı olacaq.