Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tailandda xilasedici bir milyonluq lotereya uddu
Tailandın Pxukete kurortunda çimərlik xilasedicisi işləyən 32 yaşlı Nara Nalak dövlət lotereyasından 30 milyon batlıq (təxminən 945 min dollar – red.) mükafat qazanıb.
Bu barədə “The Thaiger” yazır.
Nara Nalak nadir hallarda lotereya bileti aldığını deyir:
“Bu səfər uzun müddət tanıdığım bilet satıcısı ilə rastlaşdım, düşündüm ki, 767 maraqlı kombinasiyadır. Nəticədə, bir neçə bilet aldım. İlk dəfə idi ki, birdəfəyə bu qədər lotereya bileti alırdım”.
Nalak artıq milyonçu olmasına baxmayaraq, sevdiyi peşəsini tərk etmək fikrində olmadığını vurğulayıb.
“Qazandığım pulları atama ötürəcəyəm, bir hissəsini uşaqlarımın təhsilinə və evin təmirinə ayıracağam”, - deyə Nalak əlavə edib.
"Nar Mobile" teqi üzrə xəbərlər
- "Nar"ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
- "Nar"ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
- "Nar" sərfəli smartfon modellərini təqdim edir
- "Nar" və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
- "Nar"ın dəstəyi ilə "Kudos" intellektual oyununun finalçıları mükafatlandırıldı
Rəylər