Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Taliban" Bəşər Əsədin hakimiyyətdən getməsi ilə əlaqədar Suriya xalqını təbrik edib
Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatının rəhbərliyi Suriya xalqını və "Həyat Təhrir əş-Şam"ı (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) ölkədə baş verən hakimiyyət dəyişikliyi münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, təbrik mesajı Əfqanıstan Xarici İşlər Nazirliyinin "X" səhifəsində dərc edilib.
"Əfqanıstan Xarici İşlər Nazirliyi Suriya xalqını və "Həyat Təhrir əş-Şam"ı münaqişə və qeyri-sabitlik amilinin aradan qaldırılmasına səbəb olan son qələbələr münasibətilə təbrik edir"? - deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifətinin silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçiblər. Dekabrın 7-də axşam saatlarında Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəraa və Homsu ələ keçiriblər.
Dünən səhər saatlarında isə silahlı qruplar Dəməşqə daxil olublar, Bəşər Əsədin ölkəni tərk edərək Moskvaya uçduğu məlum olub.
"Suriyada vəziyyət" teqi üzrə xəbərlər
- Suriya hökuməti rəsmi fotolarda Berbokun üzünü həqiqətən bağlayıb?
- Almaniya XİN başçısı ona əl uzatmayan Suriya rəhbərliyinə ultimatum verdi
- Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"
- ABŞ Suriyaya qarşı sanksiyaları yüngülləşdirməyi planlaşdırır
- Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır
Rəylər