Tanınmış ABŞ-li yazıçı və çox sayda sevgi romanının müəllifi Fern Mayklz 92 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, Mayklz noyabrın 12-də vəfat edib. Lakin onun ölümü ilə bağlı məlumatlar indi ortaya çıxıb. Yazıçının ölümünü onun qızı Syuzi Censen də təsdiqləyib. O, anasının ölüm səbəbi də daxil olmaqla hər hansı təfərrüatı açıqlamaqdan imtina edib.