İlin əvvəlindən bəri Rusiyanın ən zəngin iş adamlarının sərvəti 18.1 milyard dollar artıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb.
Məlumata görə, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"in səhmdarı Alişer Usmanovun sərvəti 5.32 milyard artaraq 8.5 milyard dollara çatıb.
Mis istehsalı sahəsində fəaliyyət göstərən özbəkistanəsilli rusiyalı sahibkar İsgəndər Mahmudovun kapitalı 4.43 milyard artaraq 7.56 milyard dollar olub.
"Telegram"ın həmtəsisçisi Pavel Durov daha 2.44 milyard gəlir əldə etməklə xalis sərvətini 13.4 milyard dollara çatdırıb.
"Wildberries"in təsisçisi və baş direktoru Tatyana Kim sərvətini 654 milyon artırıb və hazırda 8.03 milyard dollara sahibdir.
Novolipetsk Metallurgiya Kombinatının rəhbəri Vladimir Lisin isə ən çox itkiyə məruz qalan rusiyalı sahibkardır. Onun sərvəti 3.07 milyard azalaraq 22.8 milyard dollara düşüb.