Amerikalı kinorejissor Kventin Tarantino onuncu filmdən sonra kino çəkmək niyyətində olmadığını bildirib, Deadline xəbər verib. Xarici distribütorlar qarşısında çıxış edərkən, o bəyan edib ki, ssenari yazmağa davam edəcək, amma çəkilişləri istisna hallarda edəcək.
“Düşünmürəm ki, sənə sənətdən getməyə yalvarana qədər qalmaq lazımdır. Mənə səndən nə isə gözlədikləri halda getmək ideyası daha cazib gəlir”, - Tarantino deyib.
Bununla yanaşı o qeyd edib ki, “bu, heç də, əgər yaxşı film ideyası yaransa mən bu qərarıma görə onu çəkməyəcəm demək deyil”.
“Kriminal qiraət” filminin müəllifinin nə ilə məşğul olacağı barədə soruşduqda, rejissor ssenari və kitab yazacağını, ahıl yaşlarını layiqincə qarşılayacağını bildirib. “Rejissorluq isə gənclərin oyunudur”, - o deyib.
Hal-hazırda Tarantino “İyrənc səkkizlik” vesterni üzərində çalışır, bu (əgər “Billi öldürmək” filminin iki hissəni bir film hesab etsək və “Dörd otaq almanaxını” hesaba almasaq) rejissorun səkkizinci işi olacaq. 2014-cü ilin əvvəlində rejissorun layihəsinin aktyor tərkibi təsdiqlənib: Semuel Cekson, Kurt Rasselə Çenninq Tatum və Cenifer Ceyson Li qoşulacaq. Çəkilişlər 2015-ci ilin yanvar ayında başlanacaq.