Gecələr uladığı deyilən azərbaycanlı gəncin xəstəliyinin səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Adam içində” verilişində bildirilənə görə, həmin gəncin qan nümunələri ölkə xaricinə göndərilib.
Nümunələr xarici xəstəxanaların birində araşdırılıb və nümunənin cavabı göndərilib. Məlum olub ki, bu xəstəlik quduzluğun xüsusi bir növüdür.
Bildirilib ki, gənc oğlan ömrünün sonuna kimi ulamağa davam edəcək, çünki bu xəstəliyin müalicəsi yoxdur.
Xatırladaq ki, bir müddət öncə “Adam içində” verilişinə qatılan bir qadın oğlunun qeyri-adi davranışlar sərgilədiyini və bundan əziyyət çəkdiyini bildirmişdi.
E.Ə.
www.oxu.az