Bir neçə il ərzində minlərlə insanın öldürüldüyü Suriyada bir uşaq bacısını güllə yağışının altından çıxara bilib. Bunun üçün o öz həyatını belə riskə atıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, dağıdılan evlərin yaxınlığında güclü atışma gedib.
Kiçik bir uşaq Suriya lideri Bəşər Əsədə aid qüvvələrin nişangahında olub.
Görüntülər həvəskar kamera ilə lentə alınıb.
Görüntülərdən görünür ki, snayperlər küçədə insanlara atəş açır. Bu zaman küçədə olan bacı-qardaşın hərəsi bir tərəfə qaçır. Qardaş azyaşlı bacısını xilas etmək üçün güllə yağışına fikir verməyərək ona tərəf gedib. Birinci güllədən sonra o yerə uzanır. Hamı onun vurulduğunu düşünür. Lakin dərhal ayağa qalxaraq qorxudan gizlənən bacısının əlindən tutaraq güllələrdən yayınaraq onu xarabalıqlara tərəf aparır.
Əsəd qüvvələrinin uşaqlara belə atəş açması sərt reaksiyalara səbəb olub.
E.Ə.
www.oxu.az