HHQ-nin 61-ci qırıcı bazasının və HƏM qoşunlarının qırıcısı “Miq-29” Belarusun Brest vilayətində qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
İnsident plan uçuşları zamanı saat 13.30-da baş verib. Qəzanın səbəbi sırasında “ştatdankənar vəziyyət” də göstərilir. Müdafiə Nazirliyinin mətbuat xidməti qeyd edib ki, pilot katapulta edib, onu axtarış-qurtarma komandasının əməkdaşları tapıb. Qəzadan zərər çəkən olmayıb.
Baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq üçün Müdafiə Nazirliyi komissiya təşkil edib.
Respublikanın istintaq komitəsində bildiriblər ki, qəza yerinə İstintaq Komitəsinin sədrinin birinci müavini Aleksey Volkov gedib.