Taylandın HHQ-ə məxsus JAS 39 Gripen qırıcı Milli uşaq günü bayramında aviaşou zamanı qəzaya uğrayıb.
Oxu.Az bu barədə Bangkok Post-a istinadən xəbər verir.
Hadisə yerli vaxt ilə 09:27 (Bakı vaxtı ilə 06:27) radələrində Sonqkhl əyalətində Hatyay şəhərində baş verib. Qəzaya düşən qırıcı partlayıb və tamamən yanıb.
Yerli aeroport müvəqqəti olaraq bağlanılıb, bütün təyyarələr digər hava limanına yönləndirilib.
HHQ komandanlığı fövqəladə halın araşdırılması üçün komissiya yaradıb. Taylandın baş naziri Prayut Çan-Oça ölən pilotun ailəsinə baş sağlığı verib.
N.O.
www.oxu.az