Tayvanın administrativ mərkəzində Taybeyedə, 10 minə yaxın adam küçələrə çıxaraq hakimiyyətdən eynicinsli nikahlara dair qanun layihəsinin qəbul edilməməsini tələb edib.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Nümayişə çıxanların etirazına səbəb vətəndaş məcəlləsinə iki düzəlişin müzakirəyə çıxarılması olub.
“Biz istəmirik ki, nikah institutu hər istədiklərini edə biləcəklərini düşünən sosial azlığın nümayəndələri tərəfindən məhv edilsin”, - fəallardan biri Cozi Çen bildirib.
Onun sözlərinə görə, mənəvi normalara məhəl qoymayanların istəklərini həyata keçirməyə imkan vermək qanuna zidd olardı.
Etiraz edənlərin yanında qeyri-ənənəvi seksual orientasiyanın tərəfdarları toplanıb. Etiraz aksiyalarının iştirakçıları arasında heç bir qarşıdurma baş verməyib.
Qanun layihəsinin yekun variantının dekabrın sonunda parlamentdə müzakirəyə çıxarılması planlaşdırılır, buna dair səsvermə isə 2017-ci ilin fevralında olacaq.
N.O.
www.oxu.az