Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan güləşçisi Olimpiya medalından məhrum edildi – RƏSMİ
Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.
Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.
Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək.
Qeyd edək ki, Vitali Rəhimov “Pekin-2008”də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib.
S.B.
www.oxu.az
Rəylər