Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tayvandakı partlayışda xəsarət alanların sayı artdı
Tayvanın mərkəzi hissəsində yerləşən Tayçjun şəhərində ticarət mərkəzində baş verən partlayışda yaralananların sayı 13 nəfərə çatıb.
Oxu.Az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, fövqəladə hadisə ticarət mərkəzində tikinti işlərinin aparıldığı yeməkxanada baş verib.
Hazırda yanğınsöndürənlərin də köməyi ilə hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Tayvanın mərkəzi hissəsində yerləşən Tayçjun şəhərində yerləşən ticarət mərkəzində güclü partlayış baş verib.
Oxu.Az bu barədə "Bangkokpost"a istinadən xəbər verib.
Qeyd olunur ki, ticarət mərkəzinin daxilində baş verən qaz partlayışı nəticəsində azı beş nəfər ölüb, yeddi nəfər yaralanıb.

"Tayvan" teqi üzrə xəbərlər
- Tayvan sularında Çin ticarət gəmisi saxlanılıb
- Tayvanda təlim təyyarəsi qəzaya uğrayıb
- Mask ermənipərəst Pelosi barədə araşdırmaya başlayır: Onun bu qədər milyonları haradandır?
- Tayvan Trampın yüksək rüsumlarından yayınmağın yolunu tapdı
- Tayvanda silsilə silkələnmələr: Ard-arda beş zəlzələ baş verdi