Gürcüstanın Baş Prokurorluğu Kiyevə keçmiş prezident Mixail Saakaşvilinin vətənə ekstradisiya olunması xahişi ilə müraciət edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Gürcüstan KİV-i qurumun bəyanatına istinadən xəbər verir.
“Mixail Saakaşviliyə qarşı ittihamların irəli sürülməsi və onunla bağlı ölkədaxili axtarışın elan olunması ilə əlaqədar Baş Prokurorluq Ukraynanın Baş Prokurorluğuna müraciət edərək onun Gürcüstana ekstradisiya edilməsini xahiş edib”, - bəyanatda deyilir.
Qurumda qeyd olunub ki, Kiyev ekstradisiya sahəsində müəyyən sazişlər olsa da, cinayətkarların geri qaytarılması məsələsində Tbilisi ilə əməkdaşlıqdan imtina edir.
Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenko bu yaxınlarda Saakaşvilini müşaviri təyin edib. Bundan sonra məlum olub ki, Gürcüstan XİN Sakkaşvilinin təyinatından sonra Ukraynanın səfirini çağırıb.