Gürcüstanın Daxili İşlər Nazirliyi "Holiday Inn" hotelində baş verən insidentlə bağlı məlumat yayıb.
Bu barədə Oxu.Az "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbər verir.
"Daxili İşlər Nazirliyinə Tbilisidə hotelin otaqlarından birində güllə səsi eşidilməsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları bir kişinin hotelin otaqlarından birində özünü kilidlədiyini və hotel personalını öldürməklə hədələdiyini aşkar ediblər. Kişi hadisə yerində saxlanılıb", - deyə məlumatda bildirilib.
Gürcüstanın paytaxtı Tbilisidə "Holiday Inn" hotelində silahlı şəxs bir nəfəri girov götürüb.
Oxu.Az-ın yerli KİV-ə istinadən məlumatına görə, silahlı şəxs binanın içərisində bir nəfəri girov saxlayır.
Hadisə yerinə xüsusi təyinatlılar və polis cəlb olunub, xilasedicilər işləyirlər. Ərazi mühasirəyə alınıb.
"Tbilisidəki "Holiday Inn" hotelində ehtimal edilən atışmada şübhəli bilinən bir nəfər saxlanılıb. "Təhlükə" və "Qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə" maddələri üzrə istintaq başladılıb", - deyə Tbilisi polis rəisi Vaja Siradze bildirib.