Gürcüstanın paytaxtı Tbilisidə silahlı şəxs mikromaliyyə təşkilatında girov götürdüyü şəxslərin hamısını azad edib.
Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.
Daha əvvəl danışıqlar nəticəsində altı nəfəri azad edən cinayətkar sonradan qalanları da buraxıb.
Məlumata görə, silahlı şəxs özü isə polis tərəfindən saxlanılıb.