Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən işğal edilmiş ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir.
Bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-dək Ermənistan ordusu tərəfindən tam boşaldılaraq Azərbaycana təhvil verildi. Artıq Azərbaycan Ordusu Ağdama daxil olaraq Azərbaycan bayrağını şəhərdən asıb.
Sevindirici faktdır ki, Ağdam rayonunun Azərbaycana təhvil verilməsi prosesi heç bir güllə atılmadan, heç bir əsgərimizin qanı tökülmədən baş tutub. Məlum olduğu kimi, Ağdam rayonunun ərazisi keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamlarının mürəkkəbliyi ilə seçilir. Bu səddin keçilməsi cidddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi.
Səbuhi Musayev