Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən yaşayış binalarının birində partlayış baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ortaçala qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə binanın fasadı və divarlarının bir hissəsi çöküb. Fövqəladə Halların İdarəolunması Xidmətinin yaydığı məlumata əsasən, hadisə nəticəsində bir nəfər həyatını itirib, dörd sakin isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Yaralananlardan birinin vəziyyəti ağırdır.
Bina sakinlərinin bir hissəsi müvəqqəti yaşayış yerlərinə köçürülür. Partlayışın dəqiq səbəbləri araşdırılır.
"Tbilisi" teqi üzrə xəbərlər
- Gürcüstandan Rusiyaya uçan təyyarə qəza enişi edib
- Tbilisinin "Lilo" bazarında güclü yanğın başlayıb
- Tbilisidə vandalizm: Parlament binasının pəncərələri sındırıldı, otaqları yandırıldı
- Qreta Tunberq Tbilisidə keçirilən mitinqdə görüntülənib
- Gürcüstanın hakim partiyası Tbilisidə yekun seçki mitinqini keçirib