İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunun təsdiq edilməsi məsələsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) qış tətilindən sonra keçiriləcək Baş Assambleya iclasının gündəliyinə daxil edilə bilər.
Dekabrın 26-da Türkiyə Məclisinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin alyansa qəbul olunması ilə bağlı müraciətini təsdiqləyib. İndi bütövlükdə parlament daxilində bu məsələ ilə bağlı səsvermə keçirilməlidir. Sənədin təsdiqi üçün 600 yerlik parlamentdə səs verən deputatların sadə səs çoxluğu kifayətdir.
Lakin təsdiqlənmə prosesi ləngiyə bilər, çünki Ankara hələ də terrorizmlə mübarizə sahəsində Stokholmun həyata keçirdiyi tədbirləri qeyri-kafi hesab edir.
Bununla yanaşı, ABŞ-nin Türkiyəyə F-16 qırıcılarının tədarükü məsələsi də hələlik müsbət həllini tapmayıb.
Mənbə: TRT
Rəylər