Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
TBMM İsveçin NATO-ya üzvlüyünün müzakirəsini təxirə saldı
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlük protokolunun təsdiqi layihəsini müzakirə etmək üçün komitə sədri Fuat Oktayın sədrliyi ilə toplanıb.
Müzakirələrdən sonra layihənin qiymətləndirməsi növbəti iclasa qədər təxirə salınıb. Fuat Oktay bildirib ki, komissiya gələn həftə qanun layihəsini yenidən gündəmə gətirə bilər.
Qeyd edək ki, təsdiq prosesi üçün protokol əvvəlcə TBMM-in Xarici Əlaqələr Komitəsindən keçməlidir. Protokol komissiyadan keçərsə, ümumi iclasda səsə qoyulacaq.
Mənbə: Haber Global
"İsveç" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər