Argentinanın Çubut əyalətinin Puerto Madrin şəhəri sahillərində son 26 gündə 2500-ə yaxın dəniz filinin cəsədi tapılıb.
Bu barədə WCS dəniz faunasının mühafizəsi təşkilatı məlumat yayıb.
“Valdez yarımadasındakı Punta Delqada turizm kurortunun ərazisində tapılan ölü balaların sayını hesablasaq, ümumi rəqəm 2494-ə çatır”, - deyə mənbə bildirib.
Milli Qida Xidmətinin ilk 200 suiti balasında apardığı testlər onların quş qripinə (H5N1) yoluxduğunu təsdiqləyib.
Təhlükə artır: İnsanlar üçün də qorxulu olan xəstəlikdən minlərlə məməli öldü - FOTO/VİDEO
Hesabatda deyilir ki, təşkilat həmçinin Argentina sahillərində yetkin dəniz fillərinin sayında 40-70% azalma aşkar edib. Mütəxəssislərin fikrincə, bu, sözügedən məməlilərin kütləvi ölümü ilə bağlı ilk rekorddur.
Qeyd edilir ki, H5N1 quş qripi virusunun Argentinadakı variantları yeni genetik xüsusiyyətlər inkişaf etdirə bilər, bu isə virusun məməliləri yoluxdurmaq qabiliyyətini artırır.
Xatırladaq ki, quş qripi artıq Antraktidaya da çatıb. ÜST epidemiya mərkəzindən bildirilir ki, bu gün müşahidə edilənlər heyvanlar aləmində baş verən pandemiyadır. Hazırda insanlar üçün yalnız kiçik bir təhlükə var, lakin köçəri quşlar quş qripinin inkişafına və yayılmasına kömək edir - bu, hər şeyi dəyişə bilər. Təşkilatdan bildirilib ki, məməlilərdə yoluxmaların sayının artması insanlar üçün riskləri artırır.
Mənbə: rambler.ru
Rəylər