İran ABŞ-nin İslam Respublikasının infrastruktur və enerji obyektlərinə endirəcəyi zərbələrə cavab olaraq Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft obyektlərinə hücumlar həyata keçirəcək.
Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hədəflər arasında Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" neft şirkətinin obyektləri və Yanbu limanı, həmçinin BƏƏ-dəki Habşan-Fuceyra boru kəməri ola bilər.