Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tehran və İsfahanda gizli PUA müəssisələri aşkar edilib
İran mediası FPV dronlarının daşınması üçün uyğunlaşdırılmış yük maşınlarının görüntülərini nümayiş etdirib. Bundan əlavə, Tehran və İsfahan yaxınlığında aşkarlanan və pilotsuz təyyarələrin istehsal edildiyi iddia edilən gizli obyektlər göstərilib.
Oxu.Az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Kadrlarda montaja hazır olan dron hissələri dəstləri var. Obyektlərdən biri Tehran yaxınlığındakı üçmərtəbəli binada gizlədilib.
Vaşinqton İnstitutunun elmi işçisi və İran silahları üzrə ekspert Fərzin Nadimi İsrail kəşfiyyatçılarının İrana və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) nüfuz etməsini korrupsiya ilə əlaqələndirib.
"Mossad" agentlərinin, o cümlədən İranın hərbi rəhbərliyinin ən yüksək səviyyələrinə nüfuz etməsi İslam Respublikası hökumətinin nümayəndələri tərəfindən də təsdiqlənib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"